Azay Quliyev: Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməkdə qərarlıdır

Posted by

Azay Quliyev: Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməkdə qərarlıdırAzay Quliyev: Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməkdə qərarlıdır

Azay Quliyev: Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməkdə qərarlıdır

“Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməkdə qərarlıdır. Şura beynəlxalq əməkdaşlığa önəm verir və qarşılıqlı əməkdaşlığın önəmini bir daha vurğulamaq istəyir”. Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı şurasnın sədri Azay Quliyev deyib.

 

A.Quliyev deyib ki, konfransın keçirilməsinin iki məqsədi var. İlk məqsəd Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsidir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında deyib ki, dini radikalizmə qarşı mübarizə məqsədilə qeyri-hökumət təşkilatları ilə bir sıra məsələlər ətrafında birgə müzakirə aparmağımız əhəmiyyətlidir: “Bu baxımdan Dini Komitə ilə QHT Şurası birgə layihələr üzərində işləmək niyyətindədir”.

 

M.Qurbanlı deyib ki, QHT-lər ictimai şüura təsir edə bilir: “Biz ölkə daxilində dini radikalizmin baş qaldırması ilə bağlı müxtəlif cərəyanların təhlil edilməsi, o cümlədən regionlarda dinlərarası və dindaxili dialoqu təşkil edə bilərik. Dindaxili ona görə deyirik ki, bu gün dinlərin öz daxilində də müəyyən problemlər var. Bütün bunlar ətrafında müzakirələr aparılması üçün qeyri-hökumət təşkilatları ilə razılığa gəlmişik. Bununla bağlı biz QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik və hazırda bunun üzərində iş gedir”.

 

Trend/az