Azad Rəhimov gənclər siyasəti üzrə birinci qlobal forum çərçivəsində bir sıra görüşlər keçirib

Posted by

Azad Rəhimov gənclər siyasəti üzrə birinci qlobal forum çərçivəsində bir sıra görüşlər keçirib Azad Rəhimov gənclər siyasəti üzrə birinci qlobal forum çərçivəsində bir sıra görüşlər keçirib

Azad Rəhimov gənclər siyasəti üzrə birinci qlobal forum çərçivəsində bir sıra görüşlər keçirib

Gənclər və idman naziri Azad Rəhimov gənclər siyasəti üzrə birinci qlobal forum çərçivəsində bir sıra görüşlər keçirib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahla görüşdə gənclər siyasəti sahəsində reallaşdırılacaq yeni layihələr, hər iki ölkə gənclərinin qarşılıqlı səfərlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

Rusiyanın Gənclər Məsələləri üzrə Agentliyinin rəhbəri Sergey Pospelovla görüşdə ölkəmizdə keçirilən Gənclər siyasəti üzrə birinci Qlobal Forumun əhəmiyyəti vurğulanıb. Qonaq tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib.

 

Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyinin gənclərlə iş üzrə müavini Sayed Mustafa Səidi ilə görüşdə isə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən gənclər və idman sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi imkanları diqqət mərkəzində olub.

 

Apa.az