Azad Rəhimov “Böyük İpək Yolu” Üzvlər Şurasının Yunanıstanda keçiriləcək iclasında iştirak edəcək

Posted by

Azad Rəhimov "Böyük İpək Yolu" Üzvlər Şurasının Yunanıstanda keçiriləcək iclasında iştirak edəcək

Azad Rəhimov “Böyük İpək Yolu” Üzvlər Şurasının Yunanıstanda keçiriləcək iclasında iştirak edəcək

Azad Rəhimov "Böyük İpək Yolu" Üzvlər Şurasının Yunanıstanda keçiriləcək iclasında iştirak edəcək

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının (BGİ) Üzvlər Şurasının üçüncü iclası 16-19 iyun 2014-cü il tarixində Yunanıstanın Saloniki şəhərində keçiriləcək. Bununla əlaqədar təşkilatın katibliyi bu gün Yunanıstanın Saloniki şəhərinə yola düşüb.

BGİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və İttifaqın sədri, Milli Məclisin deputatı Fuad Muradov Üzvlər Şurasının iclasında iştirak edəcəklər.

Üzvlər Şurasının iclasına Saloniki şəhər meriyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Yunanıstan Təhsil Nazirliyi dəstək verir. “Saloniki – Avropa Gənclər Paytaxtı 2014” çərçivəsində keçirilən tədbirin rəsmi açılış iclasına Yunanıstanın Təhsil Nazirliyi, gənclər üzrə baş katibi və “Saloniki – Avropa Gənclər Paytaxtı 2014” qurumunun və YUNESKO-nun Yunanıstandakı Milli Komissiyasının nümayəndələri qatılacaqlar.

Tədbirdə 30 ölkəni təmsil edəcək gənclər təşkilatının nümayəndələri cari məsələləri, 2015-ci il üçün fəaliyyət planını və yeni üzvlərin təşkilata qəbul olunması ilə bağlı müraciətləri müzakirə edəcəklər. Yunanıstanda 4 gün davam edəcək tədbirdə bir sıra yerli təşkilatlarla rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulub.

 

Trend.az