Noyabrın 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC ) Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov iki ölkə arasındakı iqtisadi əlaqələrdən bəhs edib. UNEC-in Azərbaycanda türk dilində təhsil verən yeganə universitet olduğunu deyən rektor ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənəcəyini bildirib .
Azərbaycan-Türkiyə diplomatik əlaqələrindən danışan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bu dostluğun tarixi köklərə, milli mənəvi dəyərlərə sıx bağlı olduğunu bildirib. Səfir Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək dəyərləndirib.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilib.
AZƏRTAC