Avstriya Azərbaycana yeni səfir təyin edib

Posted by

Avstriya Azərbaycana yeni səfir təyin edibAvstriya Azərbaycana yeni səfir təyin edib

Avstriya Azərbaycana yeni səfir təyin edib

Avstriya Azərbaycana yeni səfir təyin edib.

Avstriyanın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib ki, bu vəzifəyə Mag. Aksel Vex təyin olunub.

Aksel Vex Azərbaycanda diplomatik fəaliyyətinə bu il dekabrın 1-dən başlayacaq.

Avstriyanın Azərbaycandakı yeni səfiri bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Aksel Vex 1992-ci ildə Qrats Universitetində hüquq üzrə ali təhsil, Mag.iur. elmi dərəcəsini alıb.1998-1999-cu illərdə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. O,1999-2000-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, Avstriyanın Yeni Dehlidəki və Braziliyadakı səfirliklərində fəaliyyət göstərib. 2005-cı ildə Şri Lankada sunami ilə bağlı yardım əməliyyatına rəhbərlik edib.

Azərbaycana təyin olunmamışdan öncə – 2010-cu ilin dekabrından isə Avstriyanın İslamabaddakı səfiri kimi fəaliyyət göstərib.

 

Trend.az