Avroparlament Azərbaycanda prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Posted by

Avroparlament Azərbaycanda prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Avroparlament Azərbaycanda prezident seçkilərinə müşahidə missiyası göndərəcək.

Gün.Az-a bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi məlumata görə, bu gün – 12 sentyabr tarixində Avropa Parlamentinin Prezidentlər Konfransının iclası keçirilib.

İclasda Azərbaycanda keçiriləcək prezident seçkilərinə 7 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edilib.

Elxan Süleymanov xatırlatdı ki, Prezidentlər Konfransının 5 sentyabr tarixli iclasında Azərbaycan 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınmışdı.