Avropa Təlim Fondu Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək niyyətindədir

Posted by

Azərbaycan Təhsil Problemləri İnstitutunda Avropa Təlim Fondunun (ATF) “Azərbaycan İxtisaslaşma Çərçivəsinin İcrasına Dəstək” layihəsinin milli və beynəlxalq ekspertləri ilə görüş keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov və bir qrup institut əməkdaşının iştirak etdiyi görüşdə Azərbaycan təhsil sisteminin hazırkı durumu, tədris ilinin uzadılması, dünyanın müxtəlif ölkələrində mövcud olan və milli tədris standartları, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və s. məsələlər ətrafında geniş danışılıb.

ATF-nin 2014-cü il iş proqramı çərçivəsində Azərbaycan İxtisaslaşma Çərçivəsinin icrasına dəstək məqsədilə ATF-nin baş eksperti Arjen Deije, beynəlxalq ekspert Olav Aarna və milli ekspert Amin Çərkəzov müvafiq ixtisas üzrə AzİC-in tamamlanması üçün məzmunun, yəni ixtisas standartlarının və kurikulumların, xüsusilə də Azərbaycanda Milli İxtisas Çərçivəsində (MİÇ) həyata keçirilməsi üçün məsləhət və dəstəyin təmin olunması barədə məlumat veriblər.

Müzakirənin sonunda beynəlxalq ekspertlər gələcəkdə Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər.

Trend/az