Avropa Stolüstü Tennis Birliyinin prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Posted by

Avropa Stolüstü Tennis Birliyinin prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibAvropa Stolüstü Tennis Birliyinin prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Avropa Stolüstü Tennis Birliyinin prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Ronald Kramer oktyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib məzarı önünə əklil qoyub.

AzərTAc xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

AzərTac.az