Avropa Parlamentinin üzvü: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”

Posted by

Avropa Parlamentinin üzvü: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”

Avropa Parlamentinin üzvü: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”Avropa Parlamentinin üzvü: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”

Vasilika Viorika Dancila: “Ermənistan beynəlxalq hüququ pozaraq, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirir”

“Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı və Azərbaycanın yeddi ətraf rayonunu işğal altında saxlamaqda davam etməsi beynəlxalq hüququn, o cümlədən, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrinin pozulması kimi qiymətləndirilməlidir”.

APA-nın məlumatına görə, bunu Avropa Parlamentinin üzvü Vasilika Viorika Dancila Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında bəyan edib.

O, qətnamələrin qəbulundan 20 il keçməsinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququ pozaraq, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirdiyini bildirib: “Buna son qoyulmalıdır. Azərbaycanlı məcburi köçkünlər Azərbaycanın işğal altındakı ərazilərinə təhlükəsiz qayıtmaq hüququnu özündə saxlayırlar. Azərbaycan Avropa Qonşuluq Siyasətinin bir hissəsidir və Avropa Birliyi tərəfdaş ölkələrlə sülhsevər münasibətlərin qurulmasında çox maraqlıdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa nöqteyi-nəzərindən çox vacibdir.

Avropa Birliyi hər zaman bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Misal kimi, 2010-cu ilin mayında Dağlıq Qarabağda keçirilmiş qondarma parlament seçkilərini və ya 2012-ci ilin iyulunda keçirilmiş qondarma prezident seçkilərini göstərmək olar. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanım Ketrin Eşton sözügedən seçkilərin qeyri-legitimliyini açıq şəkildə bəyan edib. Beynəlxalq hüquq Dağlıq Qarabağı tanımır və bu seçkilər işğala dair mövcud “status-kvo”nun yolverilməzliyi fikrini daha da gücləndirdi. Belə bir vəziyyət Avropa Birliyinin marağında ola bilməz”.

Vasilika Viorika Dancila Avropa Birliyinin ATƏT və Minsk Qrupu ilə birlikdə regionda münaqişənin sülh yolu ilə həllinə nail olmaq, xüsusilə də, Dağlıq Qarabağ məsələsi və məcburi köçkünlərin qayıtmasına kömək etmək məqsədilə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Vacib olan odur ki, o, regiondakı digər beynəlxalq tərəfdaşları ilə birgə addım ataraq, tərəfləri sülh danışıqlarının bərpa olunmasına həvəsləndirir”.