Avropa Komissiyası sədrinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb

Posted by

Avropa Komissiyası sədrinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb

Avropa Komissiyası sədrinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb

Avropa Komissiyası sədrinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb.

Avropa Komissiyasının mətbuat xidmətindən Trend-ə bildirilib ki, Xose Manuel Barrozunun Azərbaycana səfəri gələn həftəyə gözlənilir.

Səfərin dəqiq tarixi və proqramı barədə hələlik məlumat verilməyib.

Avropa Komissiyası sədrinin Gürcüstan və Moldovaya da səfər edəcəyi nəzərdə tutulub.

Bakıya səfəri zamanı Xose Manuel Barrozu Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti, əməkdaşlıq perspektivləri və regionda baş verən hadisələr müzakirə olunacaq.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycana 2011-ci il yanvarın 13-də səfər edib.

Aİ ilə Azərbaycan arasında əməkdaşlıq bir çox sahələri əhatə edir. Tərəflər 2013-cü il noyabrın 29-da Vilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar. Bu il fevralın 28-də isə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb.

Bundan əlavə, Azərbaycan və Aİ arasında enerji sahəsində də əməkdaşlıq mövcuddur. Tərəflər hazırda “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq edirlər.

Azərbaycan qazının tədarükü “Cənub Qaz Dəhlizi” layihəsi sayəsində, “Şahdəniz”in işlənməsinin ikinci mərhələsinin reallaşdırılması yolu ilə, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisi ilə mümkün olacaq. Yeni iki boru kəmərinin tikintisi qazın Türkiyə ərazisi ilə Avropaya tədarükünü təmin etməyə imkan verəcək.

 

Trend.az