Avropa Komissiyası prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Posted by

Avropa Komissiyası prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Avropa Komissiyası prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Avropa Komissiyası prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycan, Gürcüstan və Moldovaya səfərinin proqramı açıqlanıb.

Trend-in Avropa Komissiyası prezidentinin saytına istinadən verdiyi məlumata görə, Joze Manuel Barrozu səfərini iyunun 11-12-də Moldovadan başlayacaq. Ölkəyə səfəri zamanı Avropa Komissiyası prezidenti Moldovanın Prezidenti, Baş naziri və parlament sədri ilə görüşəcək. Xose Manuel Barrozu həmçinin Moldova-Aİ beynəlxalq sərmayəçilər konfransında iştirak edəcək.

İyunun 12-13-də Avropa Komissiyasının prezidenti səfərini Gürcüstanda davam etdirəcək. Səfər zamanı Joze Manuel Barrozu Gürcüstanın Prezidenti və Baş naziri ilə görüşəcək, Gürcüstan İnvestisiya Konfransında açılış nitqi ilə çıxış edəcək. Qeyd edək ki, bu, Barrozunun Gürcüstana ilk rəsmi səfəridir.

Joze Manuel Barrozu Azərbaycana iyunun 14-də gələcək. Avropa Komissiyasının prezidenti ölkə rəhbərliyi ilə görüşəcək. Barrozunun ADA Universitetində “Aİ-Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda nitqlə çıxış edəcəyi gözlənilir.

Avropa Komissiyası prezidentinin saytında bildirilir ki, bu səfər Aİ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Assosiasiya sazişi və Strateji Müasirləşdirmə Tərəfdaşlığı ətrafında danışıqlara yeni impuls vermək üçün bir imkandır.

 

Trend.az