Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin iclası keçiriləcək

Posted by

Fevralın 3-4-də Brüsseldə Avropa Birliyi – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin dördüncü iclası keçiriləcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclas zamanı alt komitənin 19-20 noyabr 2012-ci il tarixində Bakıda keçirilmiş son iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş tərəqqi, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq.

Toplantıda Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər nazirlik və dövlət qurumlarının məsul əməkdaşları daxildir.

Səfər çərçivəsində 5 dekabr 2013-cü il tarixində imzalanmış Yerdəyişmə üzrə tərəfdaşlığa dair birgə Bəyannamənin icrasına dair danışıqların aparılması da nəzərdə tutulub.

Apa.az