ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları keçirilir

Posted by

ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları keçirilirATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları keçirilir

ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları keçirilir

Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyulun 1-də işini komitə iclasları ilə davam etdirir.

AzərTAc xəbər verir ki, sessiyanın dördüncü iş günü demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası ilə başlamışdır.

İclası portuqaliyalı deputat xanım İzabel Santas açaraq gündəlik barədə məlumat vermişdir.

Sonra Milli Məclisin deputatı Azay Quliyevin hazırladığı “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı müzakirələr aparılmışdır.

A.Quliyev mədəni dəyərlərlə bağlı fəaliyyətin BMT-nin Nizamnaməsinin məqsəd və prinsipləri ilə tam uyğunlaşmasının zəruriliyini qeyd etmişdir. O, layihənin qəbul edilməsinin ATƏT regionuna daxil olan münaqişə ərazilərindən mədəni mülkiyyətin qeyri-qanuni çıxarılmasının qarşısının alınması baxımından əhəmiyyətini vurğulamışdır.

Milli Məclisin deputatı demişdir ki, mədəni abidələrin qorunması ilə bağlı tədbirlərin sayı daha da artırılmalı, bu məsələdə biganəliyə yol verən ölkə məsuliyyətə cəlb edilməlidir. O, həmçinin bildirmişdir ki, münaqişə regionlarında olan abidələri dağıdanlara qarşı sanksiyalar tətbiq edilməlidir.

Layihə ilə bağlı çıxış edənlər onun qəbul olunmasının önəmini vurğulamışlar.

Qətnamə layihəsi səsə qoyularaq qəbul edilmişdir.

 

AzərTac.az