ATƏT-in Minsk qrupunun həmsədrləri mayın ortalarında regiona səfər edəcəklər

Posted by

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın ortalarında regiona səfər edəcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, həmsədrlər əvvəlcə Ermənistana, daha sonra Dağlıq Qarabağa və sonra Bakıya gələcəklər.

E.Məmmədyarov deyib ki, həmsədrlərin səfərinin məqsədi fakt-araşdırıcı missiyadır:” Əsas məqsəd ilk növbədə Dağlıq Qarabağdakı vəziyyətlə yaxından tanış olmaqdır. Bildiyiniz kimi, mən ATƏT sədrinə məktub göndərərək bildirmişəm ki, Suriyada olan xoşagəlməz hadisələrə görə, bəzi orada yaşayan Suriya erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşırlar. Mən xahiş etdim ki, həmsədrlər fakt-araşdırıcı missiya ilə bu məsələyə də toxunsunlar və Qarabağa səfər etsinlər”.

Trend.az