ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişdirilir

Posted by

ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişdirilir

ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişdirilir

ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişdirilir

Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak For yeni vasitəçi ilə əvəzlənəcək. Səfir tezliklə missiyasını başa vuracaq. Trend-in məlumatına görə, bu barədə Ermənistanın 1in.am saytı Fransanın Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyana istinadən yazıb.

O, qeyd edib ki, Fransa yaxın vaxtlarda Minsk qrupu çərçivəsində danışıqlar prosesində aktivliyini artırmaq niyyətindədir.

Minasyanın sözlərinə görə, vasitəçilik missiyasında Jak Foru təcrübəli fransız diplomat, Fransanın Moldovadakı səfiri Pyer Andri əvəz edəcək: “Pyer Andri çox təcrübəli diplomatdır və onun təyinatı ilə Fransa danışıqlarda daha konkret və fəal işə başlayacaq”.

 

Trend/az