ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqi baş tutdu
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 25-də Azərbaycan Respublikasının Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svidberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.