Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına əməkdaşlıq təklif edib

Posted by

Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına əməkdaşlıq təklif edibAsiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına əməkdaşlıq təklif edib

Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına əməkdaşlıq təklif edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının (AİB) QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris ilə görüş keçirilib.

Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında qonağa ətraflı məlumat verib.

Kris Morris 2015-ci ilin mayında AİB-ə üzv olan 67 dövlətin illik toplantısının keçiriləcəyini qeyd edib. O, toplantı çərçivəsində QHT-lərlə bağlı xüsusi sessiyanın təşkil olunacağını, bu istiqamətdə Şura ilə yaxından əməkdaşlıq etmək istədiklərini söyləyib. Mərkəzin rəhbəri QHT-lərin monitorinq imkanlarının, bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Əməkdaşlıq təklifi müsbət qarşılanıb və iki qurum arasında bu istiqamətdə müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

AzərTac.az