“ASAN xidmət”ə müraciət edənlərin sayı 3 milyon nəfəri keçib

Posted by

"ASAN xidmət"ə müraciət edənlərin sayı 3 milyon nəfəri keçib“ASAN xidmət”ə müraciət edənlərin sayı 3 milyon nəfəri keçib

"ASAN xidmət"ə müraciət edənlərin sayı 3 milyon nəfəri keçib

“ASAN xidmət”ə müraciət edənlərin sayı 3 000 000 nəfəri keçdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, 16 oktyabr 2014-cü il tarixində Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə 3 000 000-cu müraciət daxil olub.

Xatırladaq ki, ilk – 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb.

Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxtda, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

“ASAN xidmət” mərkəzlərinə 1 000 000-cu müraciət 23 yanvar 2014-cü il tarixində, 2 000 000-cu müraciət 6 ay sonra 24 iyun 2014-cü il tarixində, növbəti 1 000 000-cu müraciət isə sonrakı 4 ay müddətində daxil olub.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

 

Trend.az