ARDNŞ qış mövsümündə Azərbaycan əhalisinin qaza olan tələbatını tamamilə ödəyəcək

Posted by

ARDNŞ qış mövsümündə Azərbaycan əhalisinin qaza olan tələbatını tamamilə ödəyəcək

ARDNŞ qış mövsümündə Azərbaycan əhalisinin qaza olan tələbatını tamamilə ödəyəcəkARDNŞ qış mövsümündə Azərbaycan əhalisinin qaza olan tələbatını tamamilə ödəyəcək

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi (İB) hazırlanan tədbirlər planı çərçivəsində Azərbaycan ərazisində payız-qış mövsümünə hazırlıq aparır. Bu barədə çərşənbə axşamı Trend-ə İB-dən bildirilib.
İB-dən vurğulanıb: “Qış mövsümünə hazırlıq çərçivəsində tədbirlər planı hazırlanıb və hazırda ona uyğun olaraq nəzərdə tutulmuş işlər aparılır”.
“Azəriqaz”dan bildirilib ki, köhnə qaz boru kəmərlərinin təmiri və yenilərinin çəkilməsi, o cümlədən qaz qurğuları və digər işlər üzrə tənzimlənmə işləri davam etdirilir.
Paylayıcı şəbəkəyə qış göstəriciləri ilə qaz təchizatına keçidin müddətlərinə gəldikdə isə “Azəriqaz”dan vurğulanıb ki, bu hava şəraitindən asılıdır və ilin soyuq vaxtında istehlakçıların qazla bağlı təminatında heç bir problem olmayacaq.