ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri bu ölkə ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Posted by

“İstərdik ki, Gürcüstanın müxtəlif ali təhsil ocaqarında təhsil alan azərbaycanlı tələbələr Azərbaycana ekskursiya etsinlər, tariximizi, mədəniyyətimizi əyani şəkildə görsünlər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşündə deyib. O, bu tipli proqramları dəstəkləyəcəklərini bildirib: “Bizim bu layihələri həyata keçirməyə imkanımız var. Bu ekskursiya yalnız Azərbaycan üçün yox, eləcə də Gürcüstan üçün prioritetdir”.

Görüşdə azərbaycanlı tələbələrin problemlərini dinləyən M. Məmmədov onların magistr dərəcəsi almalarına, eyni zamanda tibb fakültələrində təhsil alan tələbələrin xaricdə iki aylıq təcrübə keçmələrinə kömək edəcəklərini söyləyib. M. Məmmədov iqtisadiyyat fakültəsinə qəbulun çox olmasını istəyib: “Mən istərdim ki, etnik azərbaycanlılar Gürcüstanın iqtisadi strukturlarında da təmsil olunsunlar. XXI əsrin reallıqları hansı peşə və sənətləri qabardırsa, onu nəzərə almaq müsbət nəticə verər. Bu əsrdə o adamlar qalib çıxır ki, rəqabətə davam gətirir”.

Görüşdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə müəllim kadrlarının qıtlığı da qeyd olunub. Bildirilib ki, Qardabanidə hələ də 90 yaşlı idman müəllimi, 91 yaşlı fizika müəllimi çalışır. Ümumilikdə isə 124 Azərbaycandilli məktəbdə tədrislə məşğul olan 3 min müəllimdən 2.500 nəfəri yaşlı nəslin nümayəndəsidir.

Apa.az