AŞPA: Dağliq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir

Posted by

AŞPA: Dağliq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidirAŞPA: Dağliq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir

AŞPA: Dağliq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir

Məlum olduğu kimi, beynəlxalq təşkilatlar özlərinin rəsmi sənədlərində və bəyanatlarında terminlər seçimində son dərəcə diqqətli və ehtiyatlı olur, heç vaxt mənasız sözlər işlətmirlər. Bu sənədlərin hər bir nöqtəsi, vergülü, tiresi dönə-dönə yoxlanılır, çünki bu durğu işarələrinin prinsipial məna və məntiq yükü var. Müdriklər yaxşı deyiblər ki, qələmlə yazılanı qılıncla pozmaq olmaz.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağı Azərbaycanın işğal altında olan ərazisi kimi tanımasını bu günlərdə növbəti dəfə açıq-aydın və rəsmi şəkildə təsdiq edib. “Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində zorakılığın yayılması” (“Escalation of Violence in Nagorno-Karabakh and Other Occupied Territories of Azerbaijan”) məruzəsinin adındakı “digər” sözü buna dəlalət edir. Həmin məruzənin hazırlanması britaniyalı deputat Robert Uolterə tapşırılıb.

Erməni KİV-ləri, təbii ki, Serj Sarkisyanın quldur dəstəsinin növbəti diplomatik biabırçılığına (belə halların sayğacındakı göstərici son həddə yaxınlaşır) bəraət qazandırmaq niyyəti ilə yenə mifik “qara kürü”nü köməyə çağırıblar: gəl bizim santexniki xilas et. Görün, bu qara kürü nələrə qadir imiş! Adları özlərinin marginal internet-forumlarından və saytlarından kənarda heç kəsə məlum olmayan erməni təbliğat-təşviqat nacinslərinin “aşkar” hesab etdikləri məsələlər həmin qara kürünün sayəsində AŞPA-nın yüzlərlə deputatının gözlərini yumur. Belə çıxır ki, AŞPA nümayəndələri erməni “politoloqlarının” gördüklərinin heç birini görmürlər. Hərçənd, onların gülünc hoqqalarının bizə heç bir dəxli yoxdur.

Bizim üçün əhəmiyyətlisi budur ki, Avropanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri növbəti dəfə bütün dünyanın eşidəcəyi səslə bəyan edir: Dağlıq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir.

 

AzərTac.az