AŞPA-da Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələr müzakirə olunacaq

Posted by

AŞPA-da Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələr müzakirə olunacaqAŞPA-da Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələr müzakirə olunacaq

AŞPA-da Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələr müzakirə olunacaq

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın Büro, Monitorinq, Siyasi işlər, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 7-dən 12-dək Parisdə səfərdə olacaqlar.

 

MM-dən APA-ya verilən məlumata görə, iclaslarda Ukraynada siyasi böhranın nəticələri, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın yenidən baş qaldırması, Bosniya və Herseqovinada, Tunisdə və Moldovada son parlament seçkilərinin nəticələri, Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə Avropa Şurası dövlətlərində insan haqlarına riayət olunması, Şimali Qafqazda insan haqlarının vəziyyəti, siyasi təqib kriteriyasının müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

 

Səfər çərçivəsində Monitorinq Komitəsinin iclasında Serbiya üzrə həmməruzəçi Səməd Seyidovun bu ölkəyə 27-28 oktyabr tarixlərində həyata keçirilmiş faktaraşdırıcı səfəri barədə hesabatı da dinləniləcək.

 

Apa.az