Anjey Kasprşik: Təmas xətti və sərhəd boyunca atəşkəsin pozulması eskalasiya riskini artırır

Posted by

Anjey Kasprşik: Təmas xətti və sərhəd boyunca atəşkəsin pozulması eskalasiya riskini artırırAnjey Kasprşik: Təmas xətti və sərhəd boyunca atəşkəsin pozulması eskalasiya riskini artırır

Anjey Kasprşik: Təmas xətti və sərhəd boyunca atəşkəsin pozulması eskalasiya riskini artırır

“Təmas xətti və sərhəd boyunca atəşkəs rejiminin pozulması halları davam edir və bu da eskalasiya riskini artırır, gərginliyi yüksək səviyyədə saxlayır”. Bunu Trend-ə açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bildirib.

Onun sözlərinə görə, atəşkəs rejiminin pozulması halları iyulun sonu-avqustun əvvəlindəki dövrə nisbətən azalıb.

A.Kaspşik bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda verdikləri bəyanatda tərəfləri gərginliyi azaltmaq və xüsusilə də mülki əhaliyə qarşı zorakılıqdan çəkinmək üçün addımlar atmağa çağırıb: “Mən və komandam mandatımıza uyğun olaraq, təmas xəttindəki vəziyyətin monitorinqini aparmaq, Minsk qrupunun həmsədrləri ilə gərginliyin daha da azaldılması və nəhayət tərəflərə bu münaqişənin sülh yolu ilə həllində kömək etmək istiqamətində işimizi davam edirik”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) oktyabrın 14-18-də regiona səfərlərinin yekunu ilə bağlı verdikləri bəyanatda bildiriblər ki, hökumət rəsmiləri ilə görüşmək və Ermənistan-Azərbaycan sərhədində ATƏT tərəfindən keçirilən monitorinqdə iştirak etmək üçün regiona səfər ediblər.

Bakıda və Yerevanda həmsədrlər iki ölkənin dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Həmsədrlər hər iki tərəflə görüş zamanı Fransa Prezidenti Fransua Ollandın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin görüşünə hazırlığı müzakirə ediblər.

Həmsədrlər prezidentlərin Soçi və Uelsdə keçirilmiş ötən görüşlərindən də danışıblar, yay aylarında gərginliyin artmasından sonra təmas xəttində və sərhəddə vəziyyətin sabitləşdiyini qeyd ediblər. Vasitəçilər son günlər baş verən atəşkəsin pozulması hallarının kəskinləşməyəcəyinə ümid etdiklərini bildiriblər. Həmsədrlər tərəfləri gərginliyi azaltmağa, xüsusilə mülki əhaliyə qarşı zorakılıqların qarşısının alınması üçün addımlar atmağa çağırıblar.

Keçirilən görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Amerikalı həmsədr Ceyms Uorlik şəxsi səbəblərdən regiona səfər edə bilməyib, amma ABŞ tərəfi görüşlərdə təmsil olunub.

 

Trend/az