Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsində “neytral ərazi” məsələsinə münasibət bildirib

Posted by

Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" məsələsinə münasibət bildirib

Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsində “neytral ərazi” məsələsinə münasibət bildirib

Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" məsələsinə münasibət bildirib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində “neytral ərazi” məsələsinə münasibət bildirib.

 

Trend-in məlumatına görə, C.Uorlik öz “Twitter” səhifəsində yazıb: “Aydınlaşdırmaq üçün qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsində “neytral ərazi” yoxdur. Lakin silahlı qüvvələri ayıran bufer zona var”.

 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), C.Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) bəyanatlarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

 

Bəyanatda qeyd olunub ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin “neytral ərazis”inin minalanmış zonasında yerləşir.

 

Trend.az