AMEA prezidenti Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Posted by

AMEA prezidenti Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşübAMEA prezidenti Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

AMEA prezidenti Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və nümayəndəliyin Əməliyyatlar Bölməsinin rəhbəri Yerun Villemslə görüşüb.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən bəhs olunub, qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir.

 

A. Əlizadə qeyd edib ki, dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub. Görüşdə Azərbaycandakı palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən, AMEA Təcrübə-Sənaye Zavodunun istehsalı olan sürtgü yağları və digər məhsulları haqqında da danışılıb. Ötən ay ilk dəfə təşkil olunmuş Bakı Elm Festivalına toxunan akademik Azərbaycanda elmin inkişafı və onun populyarlaşdırılmasına ciddi diqqət göstərildiyini vurğulayıb.

 

Sonda Aİ və Azərbaycan innovasiya mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, innovativ layihələrin dəstəklənməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

Apa/az