Almaniyadakı Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət prioritetləri müzakirə olunub

Posted by

Almaniyadakı Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət prioritetləri müzakirə olunubAlmaniyadakı Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət prioritetləri müzakirə olunub

Almaniyadakı Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət prioritetləri müzakirə olunub

Azərbaycanın Almaniyadakı səfirliyində diaspor nümayəndələri ilə görüş keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində Azərbaycan diasporunun təmsilçiləri ilə görüş keçirilib. Səfirliyin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) birgə əməkdaşlığı ilə təşkil edilmiş görüşdə Dövlət Komitəsinin nümayəndələri İlham Məmmədov, Elnur Əliyev, Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, tələbə və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 

Görüşdə 2014-cü il ərzində səfirlik və diaspor təşkilatları tərəfindən birgə təşkil olunmuş tədbirlərin nəticələri və 2015-ci ildə həyata keçiriləcək layihələr müzakirə olunub. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İ.Məmmədov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi rəhbəri Samira Patzer-İsmailova çıxış edərək Almaniya-Azərbaycan münasibətlərinin inkişafında diasporun rolu və fəaliyyətindən danışıblar.

 

Tədbirdə Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının səfirliklə əməkdaşlıq istiqamətləri, AAKM-in fəaliyyəti, diaspor təşkilatlarının həyata keçirdiyi layihələr, 2015-ci üçün planlaşdırılan tədbirlər və digər maraq kəsb edən mövzulara dair müzakirələr aparılıb. Təbirdə iştirak edən cəmiyyət rəhbərləri 2014-cü il ərzində Almaniyada Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində, eyni zamanda, Azərbaycan tarixinin, mədəniyyətinin təbliği sahəsində görülmüş işlər haqqında məlumat verib, yeni layihələrlə bağlı təkliflər irəli sürüblər. Almaniyanın müxtəlif şəhər və əyalətlərində yaradılmış yeni diaspor təşkilatlarının rəhbərləri də çıxış edərək öz fəaliyyətləri, ideya və təklifləri barədə məlumat veriblər.

 

2015-ci ildə erməni diasporu və lobbisinin qondarma erməni soyqırımı ilə əlaqədar planlarına xüsusi diqqət ayrılıb, Almaniyada ermənilərə qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və bu istiqamətdə ölkənin ictimai-siyasi qurumları ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb. Bundan başqa, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Almaniyada təbliğatın gücləndirilməsi, məlumatlandırma kampaniyasının genişləndirilməsi qərara alınıb. Bununla bağlı diaspor təşkilatlarına tövsiyələr verilib.

 

Sonda diaspor nümayəndələrinə Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən alman dilində nəşr olunmuş kitablar hədiyyə edilib.

 

Trend.az