Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilib

Posted by

Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilibAllahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilib

Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilib

Noyabrın 16-da Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə “Fransisk Skorina” ordenini təqdim edib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri sözügedən ordenlə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən təltif edilib. Belarusun dövlət başçısı müvafiq göstərişi sentyabrın 1-də imzalayıb.

 

Şeyxülislam fəaliyyətinə verilən yüksək qiymətə görə A. Lukaşenkoya minnətdarlığını bildirib, ona təqdim edilən ordeni Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

A. Paşazadə ali mükafata Belarus-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəsinə, Belarus və Azərbaycan respublikaları arasında ticari-iqtisadi və mədəni əlaqələrin genişlənməsi fəaliyyətinə, həmçinin dinlərarası razılığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə layiq görülüb.

 

 

Apa.az