Allahşükür Paşazadə: Hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq

Posted by

Allahşükür Paşazadə: Hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq

Allahşükür Paşazadə: Hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq

Allahşükür Paşazadə: Hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq

“Biz hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq”. Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə bu gün QMİ-də Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş şəxslərin, din xadimlərinin, dövlət qurumlarının nümayəndələrinin və ziyalıların iştirak etdiyi tədbir Quran ayələrinin oxunması ilə başlayıb. Sonra şeyxulislam Allahşükür Paşazadə Qarabağda, Xocalıda bütün şəhid olanlara Allahdan rəhmət diləyib.

QMİ sədri qeyd edib ki, ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri vəhşilikləri unutmaq mümkün deyil. Onun sözlərinə görə, Qarabağda, Xocalıda baş verən hadisələr artıq öz siyasi qiymətini almaqdadır və alacaq: “Bu gün Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə gördüyü işlər öz bəhrəsini verəcək. Mən hər dəqiqə, hər an inanıram ki, biz hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq. Təbii ki, bir din xadimi olaraq mən bunun sülh yolu ilə olmasını arzulayıram”.

O, qeyd edib ki, Allah-təala da şəhidlərimizin qanını yerdə qoymayacaq. Qarabağda, Xocalıda şəhid olan bütün şəhidlərimizin Allah dərgahında öz yeri olacaq.

Şeyxülislam bildirib ki, ermənilər düz yola gəlməli, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidirlər.

 

Trend.az