Allahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edib

Posted by

Allahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edibAllahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edib

Allahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzeni qəbul edib.

 

QMİ-dən APA-ya verilən xəbərə görə, görüşdə Şeyx Azərbaycanla Gürcüstanın dostluq və səmimiyyət əsasında qurulan münasibətlərinin getdikcə daha da inkişaf etdiyini bildirib və bu işdə iki ölkənin dövlət başçılarının, eləcə də Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın xüsusi xidmətlərini vurğulayıb.

 

Onun sözlərinə görə, qonşu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan Respublikasının vətəndaşları olaraq Gürcüstana xidmət etdikləri kimi, Azərbaycanda yaşayan gürcülər də eyni dərəcədə vətənləri Azərbaycana xidmət etməlidirlər: “Yalnız bu yolla iki dövlət arasında olan qardaşlıq və mehriban qonşuluq münasibətlərinin daha dərin və davamlı olmasını təmin etmək olar”.

 

Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze öz növbəsində səmimi qəbula görə A.Paşazadəyə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıları ölkə ictimaiyyəti namuslu, zəhmətkeş, eləcə də layiqli insanlar kimi görür və tanıyır.

 

Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, QMİ-nin Nəşriyyat şöbəsinin müdiri Zülfüqar Fərzəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və başqaları iştirak ediblər.

 

APA.az