Ali Rada Ukraynanın MDB-dən çıxması haqqında qanun layihəsini qeydiyyata alıb

Posted by

Ali Rada Ukraynanın MDB-dən çıxması haqqında qanun layihəsini qeydiyyata alıbAli Rada Ukraynanın MDB-dən çıxması haqqında qanun layihəsini qeydiyyata alıb

Ali Rada Ukraynanın MDB-dən çıxması haqqında qanun layihəsini qeydiyyata alıb

Ukrayna Ali Radasında “MDB-nin yaradılması haqqında” sazişin qüvvədən düşməsi barədə qanun layihəsi qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə TASS agentliyi Ukrayna parlamentinə istinadən xəbər yayıb.

Layihənin təşəbbüskarı Azadlıq Partiyasından olan deputatlardır.

Qanun layihəsinin mətni hələlik dərc olunmayıb.

Qeyd edək ki, oktyabrın 9-da MDB Parlamentlərarası Assambleyasının daimi nümayəndə heyətinin rəhbəri, Ali Radanın deputatı Sergey Qrinevetski bildirmişdi ki, hazırda Kiyev Ukraynanın MDB-dən çıxması məsələsinə baxmır.

Bundan əvvəl Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos izah etmişdi ki, hansısa beynəlxalq təşkilatdan çıxmaq prosesinə başlamaq üçün Ali Rada qərar qəbul etməlidir. Hələlik isə belə qərar yoxdur.

Ötən cümə axşamı Ukrayna Prezidenti Pyotr Poroşenko MDB Dövlət Başçıları Şurasının iclasında şəxsən iştirak edə bilməyəcəyinə görə üzr istəmişdi. Oktyabrın 10-da keçirilən iclasda Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil etmişdi.

Ukraynanın MDB-dən çıxması məsələsi hələ mart ayında qaldırılmışdı. O zamandan bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bundan başqa, Ukrayna İqtisadiyyat Nazirliyi öz məruzəsində MDB çıxmağın iqtisadi baxımdan ölkə üçün əlverişli olmadığı barədə məruzə təqdim etmişdi.

MDB-nin yaradılmasına dair saziş Rusiya, Belarus və Ukrayna liderləri tərəfindən 1991-ci il dekabrın 8-də imzalanıb. Sazişin 9-cu maddəsində deyilir ki, “sazişin tərəflərindən hər biri bir il ərzində saziş iştirakçılarına xəbərdarlıq edərək bu sazişin və ya onun ayrı-ayrı maddələrinin qüvvədən düşməsi hüququnu özündə saxlayır”.

 

Trend.az