Albaniyanın baş prokuroru beynəlxalq Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır

Posted by

Albaniyanın baş prokuroru beynəlxalq Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdırAlbaniyanın baş prokuroru beynəlxalq Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır

Albaniyanın baş prokuroru beynəlxalq Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iyulun 1-də Albaniya Respublikasının baş prokuroru Adriatik Lala ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Zakir Qaralov qonağa ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

“Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkil edildiyini bildirən A.Lala Baş prokurorluqlar arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Qonaq rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırmışdır.

 

AzərTac.az