Albaniya nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Posted by

Albaniya nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edibAlbaniya nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Albaniya nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Xəbər verdiyimiz kimi, Albaniya Respublikası Parlamentinin sədri İlir Metanın başçılıq etdiyi Albaniya nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

AzərTAc xəbər verir ki, oktyabrın 20-də qonaqlar Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

AzərTac.az