Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ukrayna dilində nəşr olunub

Posted by

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ukrayna dilində nəşr olunubAkademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ukrayna dilində nəşr olunub

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ukrayna dilində nəşr olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Kiyevdə Ukrayna dilində nəşr edilib.

 

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görö, Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşı İnna Sosnovçikin Ukrayna dilinə tərcümə etdiyi kitab “Dmitri Buraqo” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunub.

 

Səfirliyin ölkənin əsas kitabxanalarına, ali məktəblərinə, elmi, siyasi tədqiqat mərkəzlərinə göndərdiyi bu əsər böyük marağa səbəb olub.

 

Kitabın Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasında təqdimatı keçiriləcək.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçirəcəyi beynəlxalq “dəyirmi masa”da rəsmi şəxslərin, tarixçilərin, siyasətşünasların, diplomatların iştirakı ilə kitabın müzakirəsi olacaq.

 

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, erməni məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüzlərlə elmi-tədqiqat əsəri, kitab və məqalələr dərc edilib. Lakin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində ermənilərin uydurma tarixi köklərə və ərazilərə istinad etməklə, işğalçılıq iddialarına və hərəkətlərinə haqq qazandırmaq cəhdləri ilk dəfə yüksək elmi dəlillərlə ifşa edilib

 

APA.az