Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yevlax şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yevlax şəhərində vətəndaşları qəbul etmişdirAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yevlax şəhərində vətəndaşları qəbul etmişdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yevlax şəhərində vətəndaşları qəbul etmişdir

İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu, onların problem və təkliflərinin öyrənilməsi və operativ həlli ilə əlaqədar verdiyi göstəriş və tövsiyələrə uyğun olaraq keçirilən qəbulda Mingəçevir şəhərindən, Yevlax və Beyləqan rayonlarından olan sakinlər iştirak etmişlər.

Qəbulda vətəndaşların fikir və təklifləri dinlənilmişdir. Vətəndaşlar əsasən sosial məsələlərlə əlaqədar müraciət etmişlər.

Qəbula gələn sakinlər yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.

 

AzərTac.az