Şahin Mustafayev Bakıda Fransanın ərzaq sənayesi naziri ilə görüşüb

Posted by

Şahin Mustafayev Bakıda Fransanın ərzaq sənayesi naziri ilə görüşüb

 

Şahin Mustafayev Bakıda Fransanın ərzaq sənayesi naziri ilə görüşüb

Şahin Mustafayev Bakıda Fransanın ərzaq sənayesi naziri ilə görüşüb

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın kənd təsərrüfatı, ərzaq sənayesi və meşə naziri Giyom Qaro ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, hazırda Fransız şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Bununla belə, fransız şirkətləri Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyətlərini genişləndirə bilərlər.

Görüşdə Azərbaycan iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sahəsində həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verilmiş, bu sahənin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılmışdır. Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivallarının iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanmış, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Azərbaycanlı iş adamları bu ilin fevralında Fransada keçiriləcək Kənd Təsərrüfatı Sərgisinə dəvət edilmişdir.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmiş, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır.

Görüş zamanı AZPROMO və Fransanın analoji qurumu arasında əməkdaşlıq məsələsi də müzakirə edilmişdir.

 

Trend.az