Ağdaşdakı əmək yarmarkasında 85 nəfərə boş iş yerlərinə göndəriş verilib

Posted by

Ağdaşdakı əmək yarmarkasında 85 nəfərə boş iş yerlərinə göndəriş verilibAğdaşdakı əmək yarmarkasında 85 nəfərə boş iş yerlərinə göndəriş verilib

Ağdaşdakı əmək yarmarkasında 85 nəfərə boş iş yerlərinə göndəriş verilib

Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdaş rayonunda əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.

Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.

Xatırladaq ki, ƏƏSMN tərəfindən bölgələrdə keçirilən əmək yarmarkaları sabahə 5 rayonda – Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.

 

Trend.az