ABŞ-da prezident seçkiləri – Məqsəd Hüseynov

Posted by

«Demokratiyaya və sosial islahatlara müxaliflik zərərçəkən ölkələrdə heçvaxt məşhur olmamışdır. ABŞ biznesi ilə əlaqəsi olan və ondan bəhrələnən kiçik qruplar istisna olmaqla siz orada yaşayan insanların əksəriyyətinin demokratiyadan və sosial islahatlardan narahat olduğunu görə bilməzsiniz.»

Noam Chomsky

ABŞ iki partiyalı sistemin mövcud olduğu ölkələrdən biridir. Məlum olduğu kimi, ölkədə daxili çəkişmələrə şərait yaratmaq ehtimalı nəzərdə tutularaq 1787 – ci il ABŞ Konstitutsiyasında partiyalar haqqında heç bir müddəa nəzərdə tutulmamışdı. Lakin XIX əsrin ortaları Şimal və Cənub arasındakı ziddiyyətlər ABŞ – da ilkin partiyaların yaranmasına səbəb oldu. Bu partiyalar Federalistlər partiyası və demokrat – respulikaçılar partiyası idi. Məhz bu partiyaların əsasında 1828 – ci ildə demokratlar, 1854 – ci ildə Respublikaçılar partiyaları yaradıldı. Seçkilər zamanı namizədlər öz platformalarını irəli sürürdülər. Qalib gəlmiş partiya hakimiyyəti formalaşdırırdı. ABŞ – da «idarə etmə bölgüsü» prinsipinə əsasən Konqresdəki çoxluq partiyalardan birinə, icra hakimiyyəti nümayəndələri yəni icra hakimiyyətində nümayəndələr vasitəsilə təmsil olunmaq digərinə məxsus olurdu.

ABŞ prezident seçkilərinin ilkin mərhələsi praymeriz adlanır. New – Hampşidə ABŞ – ın Respublikaçılar partiyasının keçirdiyi paraymerizdə Arizona ştatının təmsilçisi Con Makkeyn qalib gəlmişdi. O, ümumi səslərin 37% – nə sahib olmuşdur. Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romini 32%, Arkanzas ştatın keçmiş qubernatoru Mayk Hakkabi 11% səs toplamışdır. Digər namizədlərdən New –York şəhərinin keçmiş meri Rudolf Quliani 9%, Ron Paul 8% səs toplamışdır.

Bundan əvvəl Ayovada keçirilən praymerizdə Mayk Hakkabi 1- ci olmuşdu. ABŞ – ın Demoktarlar partiyasının New – Hepşirdə keçirdikləri praymerizdə 39% səslə New – York ştatının senatoru Hillary Klinton qalib gəlmişdir. Onun ən yaxın rəqibi İllinoys ştatından olan senator Barak Obama 36% izdsəs toplamışdır, 3 – cü nəticəni 17% səslə Şimali Koralinanın keçmiş senatoru Con Edvars tutmuşdur.

Demokratların Ayova ştatında keçirdikləri praymerə Obama 1 – ci, Edvars 2 – ci, Hillari Clinton 3 – cü olmuşdur. Ayova ştatında qazandığı uğurların New – Hempşirdə də olmasını istəyən Oboma Nyu Hempşir sakinlərinin də Ayom sakinləri kimi ayağa qalxaraq Amerikanın gözlədiyi dəyişilikliyin vaxtının çatdığını dəstəkləmələri bildirmişdi. Nyu Hemşirdəki praymeriz qalmaqala da səbəb olmuşdur. H.Klintonun Amerikanın qaradərili vətəndaşlarının hüqüqlarının müdafiəçisi rolunda çıxış etmiş Mastin Lüter Kinqin tarixi roluna qiymət verilməsi haqqında çıxışı Obamanın kəskin etirazına səbəb olimuşdur. H.Klinton isə Obamanı onun öz sözlərini təhrif və siyasi məqsədlər üçün istifadə etməklə günahlandırıb. O bildirib ki, Obama bununla irqi ayrı – seçkilik yaratmağa cəhd göstərir. Obamanı digər prezidentliyinə namizəd Con Edvars müdafiə edib. Qalmaqal həm də ona görə geniş əks sədaya səbəb olub ki, növbəti praymeriz yanvarın sonunda Cənubi Karolinada keçiriləcəkdi. Bu ştatda qaradəliri seçicilər böyük əksəriyyət təşkil edir. Məhz Cənubi Karolinada seçkilərin nəticələri qaradərililərin seçimi nəticəsində müəyyən olunacaq. Bundan başqa Nyu – Hempşirdə H.Klintonun işlətdiyi ifadə mübahisəyə səbəb olmuşdu. Klinton «Kinqin arzusu prezident London Consonun 1964 – cü ildə Vətəndaş Hüquqları barədə Aktından sonra reallaşıb» fikrini səsləndirmiş və bu fikir amerikanın qaradərili əhalisinin narazılığına səbəb olmuşdur ki, bunlarında arasında konqressmen – demokrat Ceyms Klayborn var idi. Klayborn Cənubi Karolinada böyük nüfuza malikdir və Klintonun sözlərindən sonra Obamanı dəstəklədiyini bildirib. Klintonun ehtirazsız ifadələri onun Şimali Karolina da çətin vəziyyətə düşəcəyinə işarədir. Belə ki, Şimali Karolinadan olan keçmiş senator Con Edvars da Obamanı müdafiə edirdi. Demokratların reytinq şkalasında üçüncü olan Edvars bildirib ki, onu narahat edən əsas məsələ M.L.Kinqin mübarizəsinin üstünə kölgə salınmasıdır, beləki, bəziləri əldə olunan nəaliyyətlərin Kinqin deyil, Vaşinqtonun atdığı addımlar hesabına baş verdiyini iddia edirdilər.

Əlbəttə, Klinton Cənubi və Şimali Karolinada məğlub olardısa, onda Obama 5 fevral 22 ştatda eyni vaxtda keçiriləcək praymerizə lider kimi gedəcəkdi. Bu Klintonu adekvat addım atmağa məcbur etdi və o, Konqresi ölkədəki iqtisadi durğunluğu aradan qaldırmaq üçün 110m|rd $ ayırmağa çağırdı. 19 yanvarda, növbəti praymariz Nevada ştatında keçirildi.H.Klinton burada partiya üzrə rəqiblərini geridə qoymuşdu. Respublikaçılardan isə Nevada praymerizinin qalibi Mitt Romni oldu. Lakin onun C.Karolinada qalib gəlmək arzusu baş tutmadı və o Con Makkoynini təbrik etməli oldu. Con Makkoyn hadisələri düzgün qiymətləndirərək «mənəvi tənəzzülə uğrayan Buş adminstrasiyasını» ittiham edib. «Bir respublikaçı kimi sizin qarşınıza çıxmağa utanıram» – deyən Makkeyn büdcə vəsaitinə nəzarətin də onların əlindən çıxdığını etiraf edib. Qeyd edək ki, Cənubi Karolinada respublikaçı – senator Con Makkeyn 33% səs toplamışdı. Onun ən yaxın rəqibi Makk Hakkabi 30% səs – lə kifayətməli olmuşdu.

Prezident seçkilərində əsas mövzu iqtisadi məsələlər olaraq qalır. Namizədlərin demək olar ki, hamısı bu sahədəki durğunluğun necə aradan qaldırılmasına diqqət yetirirlər. Nevada ştatında keçirilən praymerizdə H.Klinton C.Buşun ölkə iqtisadiyyatındakı durğunluğu aradan qaldırmaq üçün həyata keçirdiyi planları pisləyib. H.Klinton alternativ variantda ipoteka böhranı və vergi kompensasiyalarından ziyan çəkən amerikalılara 110m|rd $ ödənilməsini nəzərdə tutur. Məhz buna görə H.Klinton seçiləcəyi halda rəsmi pratakollarda inqilabi dəyişikliklər deyəcəyini qeyd edib. O prezidentlərin qohumlarını ənənəvi öhdəliklərindən azad etmək niyyətindədir. Dəyişiklər reallaşacağı halda Hilarinin həyat yoldaşının Ağ evdə ofisi olmayacaq.

Respublikaçıların düşərgəsində Con Makkeynin liderliyi nəzərə çarpır. O liderlik addımını C.Karolina praymerizində qələbə çalmaqla atmışdı. Amerika mediası digər respublikaçıların Mitt Romini və Rudolf Culianinın şanslarının itdiyini hesab edir.

Demokrat düşərgəsində H.Klinton liderliyi saxlasada, Barak Obamanın kampaniyası kifayət qədər güclüdür. Nevada ştatında keçirilmiş preymarizdə H.Klinton qələbə çalsada, səslərin bölüşdürülməsi zamanı tətbiq olunan mürəkkəb sistem daha çox nümayəndəliyi Barak Obamaya verib.

Hər iki partiyadan olan namizədlər «erməni soyqırımı» na münasibət bildirmişdilər. ABŞ-ın Respublikaçılar partiyasının prezdentliyə əsas namizətlərindən olan senator Con Makkeyn uydurma «erməni soyqırımı» nı tanımadığını bəyan edib. C.Makkeyn praymerizin keçirildiyi Nyu – Hempşirdə olarkən siyasi elmlər üzrə ixtisaslaşan bir tələbənin «erməni soyqırımı» məsələsi ilə bağlı sualını cavablandırarkən o bu məsələnin Senatda müzakirə olunmasına və tanınmasının tərəfdarı olmadığını bildirib. C.Makkeyndən fərqli olaraq demokratların fikri fərqlidir. B.Obama Amerika Erməni Milli Komitəsinin müraciətinə cavab verərkən qeyd etmişdir: «Prezident olsan, Ermənistanın təhlükəsizliyini gücləndirmək məqsədilə Türkiyə və Azərbaycanın blokadasına son qoyulmasına çalışacağam». H.Klinton B.Obamadan geri qalmayaraq onun fikrinə dəstək olaraq «erməni soyqırımı» nın qəbuluna çalışacağını bildirib. Demokratlar «ermənisevərliyi» nin səbəbi onların super çərşənbə axşamı – 5

Fevral 22 ştatda keçirilmiş praymerizdə Kalifornayanında olması idi. Qeyd etməliyəm ki, Kaliforniyada ermənilərin, erməni lobbisinin nüfuzu güclüdür və bu ştatda üstünlük qazanan şəxs demokratları prezident seçkilərində təmsil etmək hüququ qazanacaqdı. Nəticədə B.Obamanın xeyrinə oldu. «Qaradərili ermənipərəst» 11 ştatda qalib gəldi.

«Super çərşənbə axşamın» da demokratların 22 ştatda, respublikaçıların 21 ştatda praymerizi keçirildi. Demokrat namizəd H.Klinton 11 ştatda, respublikaçı Con Makkeyn 9 ştatda, B.Obama isə 8 ştatda qələbə çaldılar.

Əlbəttə ABŞ prezident seçkiləri tək ABŞ mediasınan deyil, ümumiyyətlə dünya mediyasının diqqətini özünə çəkməkdədir. Çünki hazırki praymeriz və avqustda baş tutacaq prezident seçkilərində ABŞ «lideri» nin adı müəyyən olunacaq. Əlbəttə, respublikaçılar – daha konkret desək Con Makkeyn prezident olacağı təqbirdə Corc Buşun siyasi xəttini davam etdirəcək. Yəni ABŞ ordusu İraq və Əfqanıstanda hərbi əməliyyatları davam etdirəcək, İrana nüvə problemi ilə bağlı saksiyaları təkidlə tələb edəcəkdir. Hər halda C.Makkeyn Türkiyə ilə mynasibətdə müvafiq vətəndaşlıq əlaqələrini davam etdirəcəkdir. Bu mövzularda demokratlar tam fərqli mövqedə dayanırlar. Onlar qoşunların İraq və Əfqanıstandan çıxarılmasının tərəfdarıdırlar. Amma nəzərə alsaq ki, qoşunların bu ərazilərdən çıxarılması artıq inkişaf tempi aşağı düşən və neftə kəskin ehtiyacı olan ABŞ iqtisadiyyatı üçün sərfəli deyil, eyni zamanda demokratlar özlərini bu məsələ, həmçinin «erməni soyqırımı» məsələsində «insanların hüquqlarının müdafiəçisi» kimi göstərirlər və özlərinə kifayət qədər çox seçici kütləsi toplamaq istəyirlər, onda qəti söyləmək olar ki, hər hansı partiya nümayəndəsinin prezident seçilməsindən asılı olmayaraq ABŞ – ın xarici siysətində ciddi dəşiklik olmayacaq.

Məqsəd Hüseynov