ABŞ rəsmisi: Azərbaycan Birləşmiş Ştatların mühüm tərəfdaşıdır

Posted by

ABŞ rəsmisi: Azərbaycan Birləşmiş Ştatların mühüm tərəfdaşıdırABŞ rəsmisi: Azərbaycan Birləşmiş Ştatların mühüm tərəfdaşıdır

ABŞ rəsmisi: Azərbaycan Birləşmiş Ştatların mühüm tərəfdaşıdır

ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələri bu gün ölkədə keçirilən seçkilərin nəticələrinə görə Senatda çoxluq təşkil edir. Trend-in məlumatına görə, Respublikaçılar Senatda 100 yerdən 52-ni tutub.

 

Nebraska ştatından Senata respublikaçı Ben Sasse seçilib. Ben Sasse demokrat Deyv Dominaya qalib gəlib. Sözügedən ştatdan Nümayəndələr Palatasına respublikaçı Ceff Fortenberri seçilib.

 

Ceff Fortenberri Nebraska ştatında səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib ki, Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır.

 

Qeyd edək ki, keçirilən seçkilərin nəticələri dekabr ayında təsdiqlənəcək.

 

Trend.az