ABŞ-ın Missisipi ştatı Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığı dəstəkləyən qətnamə qəbul etdi

Posted by

ABŞ-ın Missisipi ştatının Nümayəndələr palatasında “ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı dəstəkləyən” Qətnamə qəbul olunmuşdur. Sənəddə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğu və tərəflər arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa, narkotiklərə və insan alverinə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və s. səmərəli əməkdaşlığın inkişaf etdiyi qeyd edilmişdir. Qətnamədə, həmçinin Azərbaycanın iqtisadi sahədə böyük uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin təşəbbüskarı olduğu xüsusilə qeyd edilmişdir.

Xatırladaq ki, keçən il Missisipi ştatı Nümayəndələr palatası Xocalı qətliamını tanımışdır.

AzərTac.az