ABŞ-ın Florida ştatının Mayami şəhərində Xocalı qətliamının anım mərasimi keçirilib

Posted by

ABŞ-ın Florida ştatının Mayami şəhərində Xocalı qətliamının anım mərasimi keçirilib

ABŞ-ın Florida ştatının Mayami şəhərində Xocalı qətliamının anım mərasimi keçirilib

ABŞ-ın Florida ştatının Mayami şəhərində Xocalı qətliamının anım mərasimi keçirilib

Mart ayının 1-də ABŞ-ın Florida ştatının Mayami şəhərində Florida Azərbaycan Amerika Mədəniyyət Assosiyasının təşkilatçılığı ilə Xocalı qətliamının 22-ci il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Florida Türk Amerika Assosiyasının Florida Türk Mərkəzində təşkil edilən mərasimə yerli ictimaiyyət nümayəndələri, Azərbaycan, türk, ukrayna icmalarının təmsilçiləri qatılıb. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşları Ramiz Hüseynov və Samir Becanov da iştirak ediblər.

 

Tədbirdə çıxış edən Florida Azərbaycan Amerika Mədəniyyət Assosiyasının prezidenti Töhfə Eminova Xocalı qətliamı haqqında iştirakçılara məlumat verib. Ümumilli lider Heydər Əliyevin Xocalı hadisələrinin soyqırım kimi tanınmasına dair tarixi sərəncamını xatırladan T.Eminova son illər Xocalı faciəsinin ABŞ-da bir sıra ştatlar, habelə Çexiya, Pakistan, Meksika, Türkiyə, Bosniya və Herseqovina, Honduras və digər dövlətlər tərəfindən tanınmasının Ümummilli liderin layiqli davamçısı olan prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin uğuru olduğunu qeyd edib. Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətinin, habelə qonşulara qarşı ərazi iddialarının Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ən böyük təhdid olduğunu bildirən diaspora nümayəndəsi ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan diasporasının ildən-ilə təşkilatlanaraq ermənilərin yalan-şər dolu təbliğatının önlənməsində daha da effektiv olduğundan söz açıb.

 

Mərasimdə çıxış edən Florida Türk Amerika Assosiyasının vitse-prezidenti Fuat Ornarlı Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə olan cinayət aktı kimi xarakterizə edib. Xocalı şəhidlərinin xatirəsinin daim əziz tutulacağını bildirən nümayəndə bu qətliamı törətmiş ermənilərin gez-tez ədalət mühakiməsi qarşısında öz əməllərinə görə cavab verməli olacağını bildirib.

 

Daha sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı səfirlik tərəfindən hazırlanmış “Xocalı qətliamı: kiçik şəhərin böyük faciəsi” adlı təqdimatla çıxış ediblər. Xocalı qətliamının Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olduğunu bildirən diplomatlar Xocalı qətliamının tarixçəsi, o cümlədən şəhərin coğrafi mövqeyi, Azərbaycan üçün malik olduğu tarixi və mənəvi dəyəri, yerli əhalinin faciəyəyədək yaşadığı ağır günlər barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Təqdimat zamanı Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı tətbiq edilən qəddarlıq qətiyyətlə pislənib, baş verənlərin beynəlxalq humanitar hüququn təməl norma və prinsipləri ilə ziddiyət təşkil etdiyi və təqsirkarların ədalət mühakiməsi qarşısına çıxarılmasının zəruri olduğu bildirilib.

 

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən Xocalı qətliamına dair hazırlanmış sənədli film nümayiş etdirilib.

 

Apa.az