ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

Posted by

ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

 

ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen fevralın 25-də yüzlərlə günahsız insanın ölümü ilə yadda qalan Xocalı qətliamının ildönümü ilə bağlı bəyanat verib.

 

Konqresmen S.Kohen bəyanatında atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.

 

Stiv Kohen Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.

 

Konqresmen bəyanatında, həmçinin Azərbaycanın aparıcı rol oynadığı “Cənub” qaz dəhlizinin inşasının təbii qaz təchizatı baxımından Avropa dövlətləri üçün önəmli alternativ təşkil edəcəyini, habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini vurğulayıb.

 

Sonda konqresmen S.Kohen dünya azərbaycanlılarının Xocalı faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daha da fəal şəkildə dəstək verməsinin önəmini diqqətə çatdırıb.

 

Konqresmen, həmçinin fevralın 25-də ABŞ Konqresində Xocalı faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimində iştirak edib.

 

Apa.az