Aİ Azərbaycana regionlarda turizmi inkişaf etdirməyə kömək edəcək

Posted by

Aİ Azərbaycana regionlarda turizmi inkişaf etdirməyə kömək edəcəkAİ Azərbaycana regionlarda turizmi inkişaf etdirməyə kömək edəcək

Aİ Azərbaycana regionlarda turizmi inkişaf etdirməyə kömək edəcək

Azərbaycanda “Kəndin inkişafı strategiyası üzrə turizm təşəbbüsləri cəmiyyətinə yönəldilmiş dəstək” (Supporting Community-Focused Tourism Initiatives as Rural Development Strategies) layihəsi həyata keçirilir. Trend-in məlumatına görə, KİV nümayəndələri üçün layihənin təqdimatı Aİ nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub.

Layihə yerli və mərkəzi hakimiyyətlərin fəal iştirakı və Aİ-nin maliyyə dəstəyi ilə reallaşdırılır.

Bu təşəbbüs çərçivəsində ölkənin bölglərində turizm sahəsində işləyən kiçik və orta müəssisələrin nümayəndələrinin, həmçinin bu sahədə təhsil alan tələbələrin Azərbaycanın regionlarında turizmi yeni səviyyəyə çıxarmağa yönəldilmiş təlimlərə gəlmək imkanı var.

Təlimlərin iştirakçıları turizm sahəsində işlərin təşkili, turoperatorlar və müştərilərlə əlaqələrin qurulması, öz xidmətlərinin inkişafı haqqında zəruri biliklər əldə edirlər.

Layihə 2014-cü ilin yanvarında başlayıb və iki il üçün nəzərdə tutulub. 100 kiçik və orta müəssisənin nümayəndəsi və 1500 gənc layihə çərçivəsində turizm sahəsində biliklərinin səviyyəsini yüksəldə biləcəklər. Təlim iştirakçılarının ən azı 35 faizini qadınlar təşkil edir.

 

Trend.az