2013-cü ildə neft-qaz sektorunun məhsulları ölkədə ixracın demək olar 95 faizini formalaşdırıb

Posted by

2013-cü ildə Azərbaycandan xaricə 30,7 milyard dollarlıq neft, qaz və onlardan hazırlanan məhsullar ixrac olunub ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 5,6 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc olunmuş tədiyyə balansında deyilir.

Tədiyyəyə görə, ixrac mallarının strukturunda neft-qaz sektoru məhsulalrının payı 94,9 faiz təşkil edib.

2013-cü ildə ixrac olunan neft məhsullarının ümumi həcmindən neft emalı məhsullarının həcmi 1,6 milyard dollar təşkil edib, ölkədən isə 26,9 milyard dollarlıq neft çıxarılıb.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ixrac olunan neft məhsullarının ümumi həcminin 25,3 milyard dollarını hasil edib. Öz növbəsində, “Şahdəniz” yatağından hasil olunan kondensatın payı 303 milyon dollar təşkil edib, 1,34 milyon dollara yaxın isə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) payına düşüb.

Ümumilikdə, ötən il Azərbaycanda ixrac 32,4 milyard dollar təşkil edib. 2012-ci ildə bu rəqəm 31,8 milyard dollara yaxın olub.

Trend.az