Özəl sektor e-hökumət çərçivəsində ödənişli xidmətlər göstərəcək

Posted by

Özəl sektor e-hökumət çərçivəsində ödənişli xidmətlər göstərəcəkÖzəl sektor e-hökumət çərçivəsində ödənişli xidmətlər göstərəcək

Özəl sektor e-hökumət çərçivəsində ödənişli xidmətlər göstərəcək

Özəl sektor elektron hökumətin alətləri bazasında ödənişli xidmətlər göstərə bilər. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

 

Onun sözlərinə görə, bu addım 2015-ci ildə Azərbaycanda elektron hökumətin inkişafının prioritet istiqaməti olacaq: “Elektron hökumətin mobil platformasının formalaşdırılması özəl sahibkarlara əhaliyə ödənişli xidmətlər göstərməyə imkan yaradacaq. Platforma əhaliyə birbaşa mobil qurğular vasitəsilə elektron xidmətlərdən istifadə etməyə imkan verəcək”.

 

Qeyd edək ki, hazırda portalda 5 dövlət qurumunun 17 xidməti təqdim olunub. Xidmətlər mobil platformaya inteqrasiya etdirilə bilər.

 

Trend.az