Ziya Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Posted by

Ziya Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Ziya Məmmədov aprelin 25-də Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə həyata keçirilir.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı aprelin 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

Daşkəsən “22 saylı Yol İstismarı İdarəsi” (Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsi)

Şəmkir “23 saylı Yol İstismarı İdarəsi” (Şəmkir rayonu, Dəllər qəsəbəsi)

Gədəbəy “24 saylı Yol İstismarı İdarəsi” (Gədəbəy rayonu, Qızıltorpaq qəsəbəsi).

 

Apa/az