Ziya Məmmədov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edəcək

Posted by

Ziya Məmmədov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edəcəkZiya Məmmədov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edəcək

Ziya Məmmədov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edəcək

Marmaray layihəsindən sonra Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin də istismara verilməsi Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini və yüklərin birbaşa Qafqaz üzərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək, region ölkələrinin tranzit imkanlarını yüksəldəcəkdir. Trend-in məlumatına görə, bunu oktyabrın 16-da Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq konfransda çıxşında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

 

Nazir bildirib ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 374 kilometr dəmir yolu yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub.

 

Z.Məmmədovun sözlərinə görə, təmir edilən sahələrdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana keçidlə əlaqədar enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə ikinci mərhələdə 593 kilometr yolun da bərpası nəzərdə tutulur və buna hazırlıq işləri aparılır.

 

Z.Məmmədov bildirib ki, həyata keçirdiyimiz genişmiqyaslı layihələrdən biri də Ələt qəsəbəsində inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. “Artıq sentyabrda yeni limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. Birinci mərhələnin yekununda limanın daşıma imkanları 10 milyon tona qədər yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə limanın imkanları 25 milyon ton quru yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək səviyyəyə çatdırılacaq”.

 

Avtomobil yollarının infrastrukturu barədə də məlumat verən Z.Məmmədov bildirib ki, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi həyata keçirilir və bütün bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

Trend/az