Özbəkistanın qaz detektorları istehsalçısı Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir

Posted by

Özbəkistanda qaz sızması detektorlarının yeganə istehsalçısı olan “Maroqand – MSM” Elmi-İstehsalat Müəssisəsi Azərbaycan sahibkarları ilə birgə müəssisə yaratmaqda maraqlıdır. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

“Maroqand – MSM” Azərbaycanda daxili bazarda təbii qazın tədarükü və təchizatı ilə məşğul olan şirkətlərlə Özbəkistanda birgə istehsalat yaratmaq niyyətindədir. İstehsal edilən məhsulların əsas həcminin Mərkəzi Asiya və Qafqaz ölkələrinə ixrac ediləcəyi gözlənilir.

Layihənin dəyəri 626 min dollar həcmində qiymətləndirilir.

Əməkdaşlıq etməkdə maraqlı olan şirkətlər AZPROMO-ya müraciət edə bilərlər.

Trend.az