Zakir Qaralov yenidən Baş prokuror təyin edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında səlahiyyət müddəti başa çatan Azərbaycanın Baş prokuroru Zakir Qaralovun yenidən bu vəzifəyə təyin olunması məsələsinə baxılıb. Trend-in məlumatına görə, Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Z.Qaralovun yenidən bu vəzifəyə təyin olunması təklifini dəstəkləyib.
Yenidən bu vəzifəyə təyin olunan Baş prokuror Z.Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi etimada görə təşəkkürünü bildirib.
25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir.
26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə, 29 sentyabr 2006-cı ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülmüşdür.
Trend.az