Zakir Qaralov Tovuzda vətəndaşları qəbul edib

Posted by

Zakir Qaralov Tovuzda vətəndaşları qəbul edibZakir Qaralov Tovuzda vətəndaşları qəbul edib

Zakir Qaralov Tovuzda vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov Tovuzda vətəndaşları qəbul edib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib.

 

Baş prokuror Z.Qaralov avqustun 14-də Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

 

Qəbuldan əvvəl Baş prokuror və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 21 vətəndaşın müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Trend.az