Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanını qəbul edib

Posted by

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanını qəbul edibZakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanını qəbul edib

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanını qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı, diviziya generalı Zekai Aksakallını qəbul edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

 

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

 

Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələri ilə tanışlıqdan sonra diviziya generalı Z. Aksakallı onların hazırlığı, təchizatı və təminatına yüksək qiymət verərək, iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, bu istiqamətdə Türkiyənin Azərbaycanın tərəfdaşı və daim yanında olduğunu qeyd edib.

 

Sonra Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Apa.az